Azərbaycan Resbublikasının Prezidenti Yanında Gənclər Fondu və Azərbaycan Farnsız İnstitutu tərəfindən dəstəklənən “Tullantılara Qarşı Nişanlar” layihəsi sona çatdı. “Tullantılara Qarşı Nişanlar” mövzusu üzrə qrafik rəsm yarışması təşkil edildi. Belə ki, gənclər tərəfindən göndərilən qrafik rəsmlərin arasından 20 ən yaxşı iş seçilərək Azərbaycan Frasız İnstitunun ofisində sərgi təşkil olundu.
Layihənin məqsədi: Yarışma nəticəsində əldə edilən 20 ədəd tullantılara qarşı nişanlar vasitəsi ilə cəmiyyətdə zibilatma mədəniyyəti formalaşdırmaq və insanların fikrini bu problemə yönəldirərək, təmiz mühit uğruna mübarizəyə çağırmaqdır. Nəticədə 20 nişan layihənin bloquna yerləşdirilib və cəmiyyətin istifadəsinə verilib.
Layihədə ilk 3 yeri qazanan şəxslər: Ceyhun Mİrzəyev, Məleykə Vəliyeva və 11 yaşlı ən kiçik iştirakçı Zeynəb Nəcəfzadə idi. Digər iştirakçılar Leyla Bağırova, Ömər Şükürov, Müşfiq Azəryar, Dilar Qarayeva, Cavad Salmanlı, Elmail Qulamov, Emil Musayev, Etibar Qəhrəmanov, Zeynəb Nəcəfzadə, Fərid Mustafayev, Gülnrə Məmmədova, Kənan Əsədullayev, Məhəmməd Bağırov, Nərgiz Qasımova, Ramalə Əbilova və Zuleyxa Aslanlı idi. Layihədə iştirak etdikləri üçün hər-bir gəncə hədiyyə və sertifikat verildi.
Ümumilikdə, sərgi zamanı ziyarətçilər qrafik rəsmlər ilə tanış oldular, çay və kofe içərək digər ziyarətçilər ilə sərgidə olan maraqlı nişanları müzakirə etdilər. Qeyd edək ki, sərgiyə 100-ə yaxın ziyarətçi gəlmişdir.