Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsmayılova Sevinc Yaqub qızı Fondun dəstəyi ilə “Spartakiada – gənclər arasında şahmat yarışı!” layihəsi uğurla davam edir. Layihə iyul, avqust, sentyabr aylarında Xəzər rayonunda həyata keçirilir. Layihə çərçivəsində 4 təlim həyata keçiriləcəkdir. Layihənin keçirilməsində əsas məqsəd interaktiv metodlarla gəncləri idmana cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, idmanın təbliği, gənclərin idmanda iştiraklarının artırılmasıdır.
Layihə rəhbəri Sevinc İsmayılova: məqsədə çatmaq üçün aşağıdakı vəzifələri qarşıya qoymuşam.
– Şahmat idman növünü təbliğ etmək üçün təlimlərin keçirilməsi;
– Xəzər rayonunda yaşayan gəncləri idmana cəlb edilməsi, kənd icmalarında gənclərin idmanda iştirakını artırmaqla, onların fiziki və əqli inkişaflarına töhfə verilməsi üçün “Spartakiada” – yeniyetmə və gənclər arasında şahmat yarışının keçirilməsi;
– Yarışda mümkün qədər daha çox gəncin cəlb olunması.
Layihədən faydalanan gənclər layihə başa catdıqdan sonra da öz icmalarında öz yaşıdları arasında maarifləndirmə işlərini davam etdirəcəklər. Bundan əlavə müxtəlif dövlət qurumları və biznes qurumları ilə də əlaqələr yaradaraq layihənin digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulub.