Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Röyal Cəbiyev tərəfindən həyata keçirilən “Kəndə teatr gəlib” adlı layihənin icrası başa çatdırılmışdır.
Layihə çərçivəsində Göyçay və Beyləqan rayonlarının ucqar kəndlərində “Narkomaniyaya yox!” devizi altında teatr tamaşası hazırlanaraq kənd gəncləri qarşısında nümayiş etdirilmişdir. İlk tamaşa Göyçay rayonunun gəncləri ilə, ikinci tamaşa Beyləqan rayon I Aşıqlı kəndinin gəncləri ilə birlikdə hazırlanmışdır. Böyük maraqla qarşılanan qarşılanan layihə gənclərin maarifləndirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə və teatra olan maraqlarının daha da artırılmasına xidmət etmişdir. Beyləqan rayonu I Aşıqlı kəndi üzrə ərazi icra nümayəndəsi Sədulla Eyvazov, məktəbin direktoru Taleh Quliyevin yaxından dəstəyi ilə baş tutan tədbirdə Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov layihəni yüksək qiymətləndirmiş, gələcəkdə belə layihələrin daha geniş coğrafiyanı əhatə etməsini arzulamışdır.