Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Ağa Qurbanov tərəfindən icra olunan “Eko Mən!” layihəsinin icrası davam edir. Layihənin növbəti tədbirində universitet tələbələri və ictimai fəal gənclər iştirak ediblər. Təlimlər vasitəsi ilə maarifləndirmə işlərinin geniş miqyasda aparılması gənclərin gələcəkdə ekoloji problemlərə qarşı marağın artmasına və digər gənclərində faydalanmaq şansının artmasına səbəb olacaqdır. Əsas diqqət gənclərə ekologiya haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. Layihənin koordinatoru qeyd edib ki, Azərbaycanda da ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata keçirilir.
Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, son illər ümumi sahəsi ölkə ərazisinin 3.1 faizinə bərabər olan mili parklar yaradılıb, qoruqların ərazisi genişləndirilib və regionlarda müasir sutəmizləyici qurğuların tikintisi davam etdirilir. Layihə çərçivəsində tədbirdə iştirak edən gənclər bu kimi tədbirlərin daha tez-tez keçirilməsinin önəmini vurğulayıblar.