29 sentyabr 2016-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublıikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqısinin qalib layihələrindən olan “Gənclərin Diksiya Klubu” layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində layihə çərçivəsində əməkdaşlıq ediləcək təşkilatların nümayəndələri ilə yanaşı müxtəlif sahələri təmsil edən gənclərdə iştirak etmişlər.
Təqdimatda giriş sözü ilə açan layihə rəhbəri R.Hüseynova layihənin məqsədinin Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, özünüifadə, diksiya vərdişlərinin formalaşmasına nail olmaq, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarını mənimsətməkdən ibarət olduğunu qeyd etdi.
Bildirildi ki, layihə çərçivəsində gənclərdə natiqlik sənətini, nitq mədəniyyətini formalaşdırmaq, onlarda ictimai təşəbbüskarlığa maraq oyatmaq, ünsiyyət qurma, çıxış etmə, fikir çatdırma, özünüifadə etmədə çətinlik çəkən və bununlada cəmiyyətin ictimai həyatında geri qalan gənclik təbəqəsinin ünsiyyət qurmada fəal iştirak seqmentini gücləndirmək, özünə inam, güvən, dialoq qurma və.s vərdişlərinin inkişaf etdirilməsi üçün seminarlar keçiriləcək.