17 sentyabr 2016-cı il, saat 11:30-tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP GB-nin təşkilati dəstəyi ilə keçiriləcək “Vaxta qənaət, kitaba məhəbbət” layihəsi baş tutacaq. Layihənin əsas məqsədi son zamanlarda trendə çevrilmiş sürətli oxuma, beynin daha effektiv istifadəsi, beyin xəritələri ilə bağlı seminar-təlimlərlə bu sahə haqqında məlumatların verilməsi və ilkin texnikaların tədrisidir.
Təlimlər “Mega Hafıza – Azərbaycan” şirkətində peşəkar təlimçi olaraq çalışan Aytəkin xanım Əskərova tərəfindən aparılacaqdır. Layihədə sürətli oxumağın texnikaları ilə yaxından maraqlanan hər bir yeniyetmə və ixtisasından asılı olmayaraq hər bir gənc iştirak edə bilər.
Məkan: Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisi.