Oktyabr ayının 12-də, “Art Villa” qalereyasında, ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı 2016 keçiriləcək. Festival Azərbaycan Respublkasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Arts Councıl Azerbaycan təşkilatı tərəfindən təşkil olunub. Layihənin kuratoru Səbinə Nəcəfovadır.
Festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər numüyiş olunacaq. Festivalın məqsədi dekorativ-tədbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq və bu milli sənət növlərinin inkişafına kömək etməkdir. Yeni potensiala malik olan yaradıcı insanları kəşf etəkdir və gəncləri cəlb etməkdir. Adət ənənələri qorumaq, gənclərin əl işlərini numayiş etmək üçün böyük imkan yaradır. Festival ölkənin dekorativ-tədbiqi sənət aləmində ənənəvi və məşhur bayram xarakteri daşıyır.
Festival 12-16 oktyabr 2016-cı il tarixlərində davam edəcək.
Festivalın rəsmi açılışı 12 oktyabr saat 19:00 olacaq.
Giriş pulsuzdur.
Arts Council Azerbaycan təşkilatının bu festivalı keçirməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağlarını dahada artırmaqdır, Azərbaycan sənətkarlarını tanıyıb və tanıtdırmaqdır.
Festivalda iştirak etmək istəyənlərin nəzərinə:
Festivalda iştirak etmək üçün əsərinizin fotosunu aşağıda göstərilən ünvana göndərməyiniz xahiş olunur [email protected]
Hər iştirakçı 5 əsərinin fotosunu göndərə bilər. Foto(lar) boyük ölçüdə olmamalıdır. Göndərdiyiniz məktubda öz adınızı, soyadınızı və mobil telefon nömrənizi qeyd edin.
Əsərlər 1 oktyabr tarixinə gədər qəbul olunur.