Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsi çərçivəsində “Bu günün Gənci sabahın Sahibkarı” adı altında reallaşan təlim-seminarlar uğurla davam edir. Bakı şəhərində həyata keçirilən layihənin əsas məqsədi startup layihələr reallaşdıran, öz biznesini qurmuş gənc sahibkarları və sahibkarlıq fəaliyyəti ilə əlaqədər aidiyyatı dövlət qurumlarını bir araya gətirərək nəzəri və praktiki biliklərin verilməsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək olmaqdır.
Layihə çərçivəsində 1,3 və 4 sentyabr 2016-cı il tarixlərində növbəti təlimlər keçirilmişdir.
1 sentyabr Marketinqlə bağlı keçirilən təlimdə təlimçi Qələndər Məmmədli layihə iştirakçılarına marketinqə aid ilkin anlayışlar, marketing mix və müasir marketinq trendleri mövzularında məlumat vermişdir.
“Biznesin strateji Planlaşdırılması” mövzusunda 3 sentyabr keçirilən təlimdə təlimçi Orxan Şahbaz iştirakçıları məlumatlandırmış, iştirakçıların suallarını cavablandırmışdır.
4 sentyabr tarixində keçirilən növbəti təlimdə təlimçi Nail Şükürov Biznes Planın hazılanması barəsində məlumat vermiş, praktiki nümunələr göstərmişdir.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.