Gəncə Avropa Gənclər Paytaxtı 2016 çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 21-29 avqust 2016-cı il tarixində Gəncə şəhərində “Qlobal Etika” adlı layihə həyata keçirildi.
Layihənin məqsədi Gəncə gənclərinə bu müddət ərzində etik qaydaları kreativ şəkildə aşılamaq və onları daha yaxşı cəmiyyətdə yaşamağa dair maarifləndirmək, Gənclərin bu sahədəki fəaliyyətləri cəmiyyətin maraqlarına söykənən qaydların tətbiqini ən yaxşi şəkildə çatdırılması, ”Gəncə Avropa Gənclər Paytaxtı-2016” hazırlıq mərhələsinə dəstək olmaqdır.
Təlimlər çərçivəsində gənclərə “Ekoloji və Sosial etika” mövzusunda təlimlər keçirildi, meşələrdə, çimərliklərdə təmizlik qaydaları, təbiəti çirkləndirən digər antropogen faktorlar, eləcə də tolerantlıq, genderetikası haqqında məlumatlar verildi, mövzuya uyğun video çarx və flasmoblar nümayiş etdirildi.
Layihə çərçivəsində gənclərə etik qaydalar, etikanın növləri, etimologiyası, sosial etika mövzusunda təlim keçirilib. 29 avqust tarixində şəhərin mərkəzində iştirakçılar tərəfindən təlim müddətində hazırlanan flaşmob həyata keçirildi.