29 avqust 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, Binəqədi Bələdiyyəsinin üzvü Aysel Əlizadənin “Dəbli və Ciddi” adlı layihəsinin bağlanış mərasimi keçirildi. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Mübariz Qədirov, layihə iştirakçıları və qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Aysel Əlizadə dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasəti, layihə çərçivəsində keçirilmiş ekskursiya, təlim barəsində məlumat verdi. Layihə iştirakçıları olan gənc rəssamları uğurlu əl işləri münasibətilə təbrik etdi.
Daha sonra Qüdsi Bayramov çıxış edərək Binəqədi rayonunda həyata keçirilən çoxsaylı layihələrdən danışdı. Gənclər Fondunun, eləcə də Binəqədi rayon rəhbərliyinin gənclərin təşəbbüslərinə dəstək verdiyini vurğuladı. Həmçinin Fondun gənclərin layihələrinin maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən bəhs etdi. Bu cür faktların gənclərin daha da fəallaşmasına stimul yaratdığını qeyd etdi.
Sevinc Abdullayeva çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin və rayon rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu cür layihələrin sayının daha da artdığını və YAP Binəqədi rayon Təşkilatının gənclərin istənilən maraqlı təkliflərinə təşkilati dəstək verdiyini söylədi.
Mübariz Qədirov heç bir gəncin dövlətin diqqət və qayğısından kənarda qalmadığını deyərək tədbirdə iştirak edən gəncləri Gənclər Fondunun növbəti qrant müsabiqələrində iştirak etməyə çağırdı.
Daha sonra müsabiqədə yer tutmuş gənc rəssamlar diplomlar və hədiyyələrlə təltif olundular. Digər iştirakçılara isə serfikatlar təqdim olundu. Təltif etmə mərasimindən sonra xatirə şəkli çəkildi və tədbir yekunlaşdı.