Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İlqar Həşimovun layihə rəhbəri olduğu “İş Sizlikdir! İşgüzar Gənclik” layihəsi həyata keçiriləcək.
Layihə gənclərin iş üçün düzgün müraciət və işə qəbul üçün uğurlu müsahibə qaydaları haqqında maarifləndirilməsi məqsədini daşıyır. Bu məqsədlə tələbə gənclərə effektiv iş axtarışı, peşəkar CV hazırlanması və müsahibələrdən uğurla keçmə, uğurlu karyera qurma yollarını aşılayan peşəkar təlimlər keçiriləcəkdir. Layihə Bakı şəhərində icra olunacaq.
Təlimlər peşəkar təlimçilər tərəfindən 3 istiqamətdə keçirləcək və aşağıdakı mövzuları əhatə edəcək:
Uğurlu CV
– CV-nin növləri;
– CV-ni necə tərtib etməli?
– CV-nin formatı;
– CV-nin tərkibi;
– CV hazırlayarkən diqqət ediləcək təməl qaydalar;
– CV-yə əlavələr.
Uğurlu Müsahibə
– müsahibə formaları;
– iş müsahibəsinə necə hazırlaşmalı?
– HR kimi düşünmək, şirkət sizdən nə istəyir?
– iş görüşməsi, müsahibə zamanı ünvanlanan suallar;
– iş müsahibələri zamanı necə davranmalı?
– iş müsahibəsində özünü təqdim etmə bacarığı, inandırma;
Uğurlu Karyera
– karyerada ilk addım;
– özünü qiymətləndirmə və inkişaf;
– hədəf və məqsədləri müəyyən etmə;
– düzgün karyera planlaşdırılması;
– karyera xətti.
Layihədə iştirak edən bütün iştirakçılar sonda sertifikatla təmin olunacaqlar. Layihədə iştirak ödənişsizdir!
Müraciət üçün onlayn qeydiyyatdan keçin: https://goo.gl/ceQlHz
Müraciət üçün son tarix: 04.09.2016 (4 Sentyabr 2016)
Qeydiyyatdan keçən bütün iştirakçılara təlimlərin keçirilmə yeri və vaxtı öncədən bildiriləcəkdir.
Əlavə suallarınız və məlumat üçün:
Tel: +99451 9958330
Email: [email protected]