Azəri Yurdu Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Jurnalistlər Şəbəkəsinin təşkilatı dəstəyi ilə “Mədəni insan modelini etik davranışlar formalaşdırır!” adlı layihəsi çərçivəsində sürücülük mədəniyyətini təbliği və azarkeş mədəniyyəti mövzusunda sosial çarxların təqdimat mərasimini həyata keçirmişdir.
Layihənin məqsədi gənclər arasında mədəni dəyərlərin təbliği, şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği məqsədilə gənclərin daha mədəni vətəndaş kimi formalaşmasına töhvə vermək üçün sosial video çarxların hazırlanması və böyük gənclər kütləsinə çatdırılmasıdır. Video çarxların mahiyyəti ictimai yerlərdə gənclər arasında davranış və etiket qaydalarının təbliği və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdən ibarətdir.
Layihənin məqsədi sosial video çarxlar vasitəsi ictimai davranış qaydalarının təbliği və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir. Bununla belə daha etik, anlaşıqlı, aqressiyadan kənar bir toplumun yetişməsində yardımçı olmaq, gənclərin etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır. Layihə çərçivəsində bir neçə sosial çarx hazırlanmışdır ki, tədricən sosial şəbəkələrdə paylaşılacaqdır.
Müasir dövrdə gənclərin böyük əksəriyyətinin internet resurslarından və sosial şəbəkələrdən gündəlik olaraq istifadə etməsini nəzərə alaraq, video çarxların layihədə nəzərdə tutulan hədəf kütləsinə çatdırılmasında bizə kömək edin.
https://www.youtube.com/watch?v=oHhkR3NS5pQ