Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənc İnsan Hüquq Müdafiəçiləri” İctimai Birliyinin icra etdiyi “Təhsil faktoru” layihəsi yekunlaşmışdır. Layihənin məqsədi erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri barədə araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndiriməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına tövhə vermək, riskləri azaltmaq olmuşdur. Layihənin may-avqust ayları ərzində Xaçmaz və Lənkəran rayonlarında keçirilmişdir.
Hər iki rayonda 40dan çox gəncə hər birində 2gün olmaqla maarifləndirci təlimlər keçirilmişdir. Təlimlərdə gənclərə erkən nikahların fəsadları haqqında məlumatlar, onların gələcək həyatlarını daha sağlam və savadlı qurmaları üçün təhsil faktorunun vacibliyi vurğulanmışdır.