Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Dostluğumuz Kitabdan Başlasın” layihəsinin təqdimatı və ilk mərhələsi keçirilmişdir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə 30 iyul 2016-cı il tarixində “Gənclər Evi”ndə keçirilən təqdimatda tərəfdaş təşkilatların nümayəndələri ilə yanaşı, müxtəlif sahələri təmsil edən ictimai-fəal, könüllü gənclər də iştirak etmişdir.
Layihə rəhbəri Taleh Əliyev çıxışında Ümummili Lider Heydər Əliyevin dövlət gənclər siyasətinin formalaşmasında olan xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan və bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Bildirdi ki, günümüzdə kitaba etinatsızlığın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür, Gənclər Fondu qrant müsabiqələrdə bu mövzuya daima yer ayırır. “Dostluğumuz Kitabdan Başlasın” layihəsinin də məqsədi gənclərdə kitab oxuma vərdişini inkişaf etdirmək, mütailə zövqü qazandırmaq, nizamlı kitab oxuma vərdişlərini artırmaqla asudə vaxtlarının səmərəli təşkili etmək və sağlam, mədəni əlaqələr qurmalarına yardımçı olmaqdır.
Layihə təlimçisi İman Ağayev çıxışında qeyd etdi ki, növbəti icra mərhələlərində gənclər oxuyub bitirdikləri kitabları bir-biri ilə mübadilə edəcək, bununla həm iştirakçılar həm də kitab almağa imkan olmayan gənclər yeni mütailə obyekti, mübadilə əsnasında isə yeni dostluqlar qazanacaqlar.
Sonda layihə icrasında aktivlik nümayiş etdirən könüllü gənclərə sertifikatlar təqdim edilmişdir.