“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizmin inkişafında region gənclərinin rolunun artırılması” layihəsini uğurla davam etdirir.
Layihənin əsas məqsədi region gənclərini turizmin inkişafında rolunun artırılması üçün onlara lazımı bacarıqları öyrədərək sosial şəbəkələrin köməkliyi ilə öz regionlarının turizm üçün əhəmiyyətli yerlərini dünya ictimaiyyətinə çatdırmaq, turistlərlə ünsiyyət qaydalarını öyrətmək və yerli gənclərin bu sahədə sosial aktivliyini artırmaqdır.
Layihə çərçivəsində artıq 4 rayonda gənclərlə görüş həyata keçirilib. Quba, Qusar, Lənkəran və Astara rayonlarında təşkil olunan təlimlər çox produktiv keçib. Gənclərə 3 mövzuda təlim-seminarlar keçirilib:
– Sosial media idarəçiliyi,
– Ünsiyyət bacarıqları və ünsiyyət etikası,
– Turizm sahəsində biznesin inkişafı.
Təlim zamanı mühazirəçi turizmin imkanlarından, onun üstünlükləri və ondan düzgün istifadə qaydalarını gənclərə öyrədib. Layihə iştirakçılarına həmçinin sosial media vasitəsilə regionların turizm imkanlarını, tarixi-mədəni abidələrini dünyada tanıtmağın yolları göstərildi. Gələn turistlərdə xoş təəssürat yaratmaq və yüksək xidmət göstərmək üçün gənclərə ünsiyyət bacarığı və ünsiyyət etikası mövzularında mühazirələr deyildi. Mühazirənin sonunda gənclərə keçirilən mövzularla bağlı praktik tapşırıqlar verildi. Sonda gənclər öz regionlarında turizmi inkişaf etdirmək üçün lazım olan bilik və bacarıqlara sahib oldular. Onlar daha bilikli, motivasiyalı və istəkli oldular.
Layihənin növbəti mərhələləri Gəncə, Qazax, Şəki və Zaqatala rayonlarında təşkil olunacaq.