Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezienti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə “Vətən bizim and yerimiz” adlı layihə çərçivəsində yasamal rayon “Xan-çinar” karate İdman sağlamlıq klubunda “Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməsində idmanın rolu” mövzusunda tədbir keçirib. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan vətənpərvərliyin təbliğidir.
Tədbirdə gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Çıxış edənlər gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə İctimai Birliyin sədri M.Əliyev mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər. “Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır”.
“Xan-çinar” karate İdman Sağlamlıq klubun prezidenti A. Quliyev qeyd etdi ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik.
Daha sonra vətənpərvərlik ruhu mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə gənc idmançıların müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirin sonunda gənclərə vətənpərvərlik mövzusunda informasiya materialları, rəngli buklet, təsvirli mayka və H.Əliyevin əksi olunmuş döş nişanı paylandı.