Cari ildə Avropanın Gənclər Paytaxtı, Azərbaycanın gözəl guşəsi Gəncə şəhərində keçiriləcək 4 günlük çox maraqlı layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunacaq layihənin əsas vəzifələri multikulturalizmin Azərbaycan modelinin gənclər tərəfindən öyrənilməsi ilə yanaşı gəncləri bu mövzuda maarifləndirmək və dünyagörüşlərinin artmasına xidmət etməklə, onlara vətənpərvərlik, tolerantlıq, hümanizm, insansevərlik kimi dəyərli hisslərin aşılanmasıdır.
Qeydiyyat üçün: http://gg.gg/multikultur
Son müraciət tarixi 17 iyuldur.
Qeyd edək ki, “Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm” layihəsi “Odlar Yurdu” GİB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.