Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Multikulturalizmin Azərbaycan modeli: dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” adlı layihənin icrası başa çatmışdır.
Layihənin məqsədi uşaqların və gənclərin maarifləndiriməsi, cəmiyyətin gələcək sağlam inkişafına bu yolla töhfə verməkdir.
Layihə may-iyun ayları ərzində ümumtəhsil məktəblərində keçirilib.
Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbdə layihə rəhbəri, Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva şagirdlərə multikulturalizm anlayışı haqqında ilkin məlumat verərək Azərbaycanın multikulturalizm modelinin əhəmiyyətini vurğuladı. B.Tağıyeva Azərbaycan cəmiyyətində dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətin uğurlu fəaliyyətini qeyd edərək cəmiyyətin də bu sahədə müəyyən rol oynamalı olduğunu vurğuladı.
Sonra məktəbin direktor müavini layihə rəhbəri Bəxtimşah Tağıyevaya minnətdarlığını bildirərək və layihənin təhsil müəssisəsində keçirilməsinin əhəmiyyətini bir daha vurğuladı.
Sonda iştirakçılara diplomlarla mükafatlandırıldı, xatirə hədiyyələri paylanıldı və çay süfrəsi təşkil edildi. Bununla da, layihə uğurla başa çatdı.