Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətən bizim and yerimiz” adlı layihə çərçivəsində Daxili Işlər Nazirliyin İdman Cəmiyyətində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Uşaqları sevin, uşaqlar bizi nurlu gələcəyə aparan yoldur” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib. Konfransı giriş sözü ilə acan layihə köməkçisi N.Quliyev layihə barəsində görülən işlər barəsində geniş ətraflı məlumat verib.
Tədbirdə çıxış edən layihə rəhbəri M.Əliyev yeniyetmə idmançıları, uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışmış və qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq mili strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. DİN-n İdman Cəmiyyətin sədri polis polkovniki Z.Meftahəddinova demişdir ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. 1950-ci ildə BMT-nin Baş Məclisi tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınmışdır.
Layihə üzrə təlimçi A.Hüseyinova diqqətə çatdırılmışdır ki, hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları, sağlam ailə mühitində yaşamaları üçün mühüm sosial layihələr həyata keçirilir.
Sonra idman sahələrində və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, GVB-n fəxri diplomu ilə təltif olunmuşlar.
Tədbirdə çıxış edənlər DIN-n Idman Cəmiyyətinin fiziki təlim şöbəsinin rəisi p-l İ. Siracov, Ciü-Citsu karate federasiyasının prezidenti M. Seyidov və başqaları gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən və təbliğata böyük ehtiyac olduğunu bildirdilər. Tədbirin sonunda idman bölmələrində görüşlər keçirilmiş və yüngül atletika üzrə yarışa start verilib. Sonra idman sahələrində və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, GVB-n fəxri diplomu ilə təltif olunmuşlar.
Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər.