Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşları 2 aprel tarixində Erməni Silahlı Qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olmuş Samir Kaçayevin ailəsi ilə görüşmüş, onlara baş sağlığı vermişdir.
Xatırladaq ki, Samir Kaçayev Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olmuşdur. 2011-ci ildə orta məktəbi bitirən Samir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltərəşlıq fakultəsinə daxil olmuş və 2015-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 2014-2015-ci illərdə “AZNAR”, “Milli Dəyərlər”, “Hamı Birlikdə” sərgilərində, eyni zamanda ölkənin hüdudlarından kənarda (Fransa, Türkiyə, İsveçrə) keçirilən sərgilərdə aktiv iştirakı ilə yadda qalmışdır. İstedadlı heykəltaraşın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.
Allah rəhmət eləsin!