İYDU, ICAPP & DEMYC Beynəlxalq gənclər təşkilatlarının nümayəndələri 26 – 29 May 2016-ci il tarixlərini əhatə edən Azərbaycana səfər proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun da qonağı olmuşlar. Görüşdə Gənclər Fondunun əməkdaşları və könüllüləri, Trend İnformasiya Agentliyinin nümayəndələri iştirak etmişdir.
Görüş zamanı, icraçı direktor Fərhad Hacıyev Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verərək, Fondun prioritetlərini qonaqların diqqətinə çatdırmışdır. F.Hacıyev Gənclər Fondunun əldə etdiyi nailiyyətləri haqqında məlumat verərkən, Fond tərəfindən elan edilmiş ilk qrant müsabiqəsi zamanı qalib olmuş fərdi layihələrin sayının sadəcə 9, sonuncu 8-ci qrant müsabiqəsi zamanı isə bu sayın 737-ə çatdığını xüsusi vurğulamışdır. Əldə edilən bu uğur Azərbaycan gənclərinin bizə olan etimadının bir təzahürüdür.
Sonda Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyevə və Trend İnformasiya agentliyinin nümayəndələri qonaqları maraqlandıran suaları cavanlandırmışdır.