Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvər ol, vətən qarşısında borcunu bil” layihəsinə start verildi. Layihə çərçivəsində Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında tədbirlər təşkil ediləcəkdir.
Layihə çərçivəsində gənclərlə vətənpərvərlik istiqamətində görüşlərin keçirilməsi, Gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, milli mənlik şüurunun formalaşdırılması, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində tədbirlər, rəsm və şer müsabiqələri təşkil olunacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən “Vətənpərvər ol, vətən qarşısında borcunu bil” layihəsi çərçivəsində 30, 31 may, 01, 02 iyun 2016-cı il tarixlərində Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında tədbirlər həyata keçiriləcəkdir.