İstedadlı və Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi Qəbələ rayonunda “Bizim təmiz dünyamız” layihəsinin icrasına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin əsas məqsədi iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə yaranan ekoloji problemlər zamanı ətraf mühitdə tarazlığın pozulmasını doğuran aşkar problemlərin müzakirəsi və onların aradan qaldırılmasıdır.
Layihə çərçivəsində Qəbələ rayonunda gənclərlə bir sıra görüşlərin keçiriləcəyi planlaşdırılıb. Görüşdə gənclərə peşakarlar tərəfindən ətraf mühitin təmizliyinin qorunması, ekoloji problemlərin önə çıxarılması və s. kimi önəmli məsələlər onların diqqətinə çatdırılacaq. O cümlədən iştirakçılara məlumat kitabçalarının, kiçik broşur və bukletlərin paylanılması nəzərdə tutulub.