Gənclərin Maarifləndirilməsinə Kömək Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək “İctimai yerlərdə davranış qaydalarının təbliği” adlı layihəyə start verir. May ayının 26-da layihənin açılış mərasimi olacaq. Layihə 3 ay müddətində davam edəcəkdir. Layihə çərçivəsində ictimai davranış qaydaları, ictimai davranış etikası, insan hüquqları və s. Mövzularda maarifləndirici seminarlar keçiriləcəkdir. Layihədə ümumilikdə 100-ə yaxın gənc iştirak edəcəyi planlaşdırılır. Layihə avqust ayına qədər davam edəcəkdir.