Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri”nin təşkilatı dəstəyi ilə İbrahim Osmanov tərəfindən keçirilən “Tələbə Oskarı: Tələbələr arası qısametrajlı film” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində final mərhələsinə vəsiqə qazanmış 5 film nümayiş etdirilib.
Tədbirdə “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı, “ASAN School” təcrübə məktəbinin rəhbəri Cahangir Hacıyev və gənc rejissor Abbas Səlimbəyov münsif qismində iştirak ediblər.
Filmər münsiflər heyəti tərəfindən “çəkiliş”, “sosial mesaj/süjet xətti” və “kreativ yanaşma” kriteriyaları üzrə qiymətləndirilib.
Münsiflərin qiymətəndirilməsindən sonra ən çox səs toplamış “Arzuların ardnca” adlı film qalib elan olunub. Filmin müəllifi Orxan Babayev “Tələbə Oskarı”na layiq görülüb.
İbrahim Osmanovun ideya müəllifi olduğu bu layihə “Azərbaycan kinosu 2008-2018-ci illərdə” Dövlət Proqramı çərçivəsində kino sahəsində istedadlı və yaradıcı gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.