“İdeal Gələcək” Gənclər İctimai Birliyi əlilliyi olan uşaqlar üçün “İnkluziv təhsil və inkişaf mərkəzləri” yaradılması layihəsini uğurla yekunlaşdırıb. Birliyin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 ay davam edən layihənin əsas məqsədi regionlarda əlil gənclərin təhsil hüquqlarnın təbliği istiqamətində onların savadlılıq dərəcələrini artırmaq üçün inkluziv təhsil və uşaq inkişaf mərkəzlərinin yaradılmasıdır. Həmçinin layihə çərçivəsində “Əlillərin tibbi reabilitasiya və sosial müdafiəsi” haqqında qanunlar ilə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli tədbirlərinin aparılıbdır. Bərdə,Beyləqan və Ağcabədi rayonunda ümumilikdə 160 nəfər əlilliyi olan uşaq və yeniyetmə birliyin inkluziv təhsil xidmətlərindən faydalanıb. Qeyd etmək istərdik ki, layihə məktəbəqədər təhsilin ilkin forması olmaqla uşaqların intelektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi rol oynayıb.