Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Mahir İbrahimov tərəfindən Quba rayonunda “Hər şey Vətən üçün!” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonu 2 saylı tam orta məktəbdə ekspert və şagirdlərin iştirakı ilə baş tutmuşdur.
Layihə rəhbəri Mahir İbrahimov tədbir iştirakçılarına layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Mahir İbrahimov yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışıb. Şagirdləri bu mövzulara qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Sonra çıxış edən ekspert dövlətimizin inkişafı, qüdrəti və quruculuğundan danışıb. Bu gün Azərbaycanda idmana ayrılan diqqət və qayğının gənclərimizin vətənpərvərlik hissinin artırılmasına, sağlam və hazırlıqlı inkişaflarına yönəlməsindən danışan ekspert dünyada Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu da qeyd edib.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.