Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Mahir İbrahimov tərəfindən Quba rayonunda həyata keçirilən “Hər şey Vətən üçün!” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Tədbir Quba rayonunda 2 saylı tam orta məktəbdə baş tutub.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Mahir İbrahimov açıb. M. İbrahimov layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Sonra çıxış edən ekspert region və bölgələrdə yerləşən məktəblərdə məhz bu mövzuda layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ekspert Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi-iqtisadi inkişafı, dünyada güclü dövlət kimi tanıdılması istiqamətində apardığı siyasətdən, bu yolda əldə etdiyi uğurlu nəticələrdən və bu gün bu siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsindən danışıb.
Azərbaycan ordusundan danışan ekspert ordumuzun bugünkü inkişafından, orduya ayrılan diqqət və qayğıdan, Azərbaycan ordusunun işğal altında olan torpaqların geri qaytarmağa malik qüdrətli ordu olmasından bəhs edib.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.