Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Bilik qiymətləndirlir” gənclərarası bilik olimpiadasının açılış mərasimi keçirilib.
19 dekabr 2015-ci il tarixində Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bilik qiymətləndirilir” gənclərarası bilik olimpiadasının təqdimat mərasimi keçirilmişdir. Layihə rəhbəri Tahir Kərimli layihənin qısa təsviri və problemin qoyuluşu haqqında geniş məlumat vermişdir. Sonra Turqut Şabanoğlu layihənin məqsəd və vəzifələrindən söz açmışdır. Layihənin açılış mərasimində iştirak edən qonaqlar – Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Turan Məmmədzadə, Gəncə Dövlət Universitetinin müəllimi, ekspert Ümid İsmayılov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd ediblər. Olimpiada iştirakçıları 5 fənn üzrə (tarix, konstitusiya, mədəniyyət, məntiq, coğrafiya) yarışacaq. Layihədən 16-25 yaş arası öz bilik və bacarıqlarına güvənən gənclər faydalana bilər. Layihə çərçivəsində gənclərin elmi və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılması müəyyən olunmuşdur.
Məlumat üçün bildirək ki, olimpiada qalibləri kubok və sertifikatla təltif olunacaq.