Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “Region gənclərinin fermerlik fəaliyyətinə cəlb edilməsi” adlı layihə həyata keçirmişdir.
Layihənin məqsədi regionlarda yaşayan gəncləri fermerlik fəaliyyətinə cəlb edərək onların məşğulluğunun təmin olunmasına və respublikamızda elan edilmiş “Kənd Təsərrüfatı ili” çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verməkdir.
Layihə çərçivəsində Quba və Xaçmaz regionlarında hər birində 25 nəfər və 4 gün olmaqla maarifləndirici təlimlər keçirilmişdir. Təlim mövzuları- Kənd təsərüfatında idarəetmənin təkmilləşdirilməsi, Aqrar sektorda İKT-nin tətbiq istqamətləri, Aqrar sektora dövlət dəstəyi və s mövzuları əhatə etmişdir.
Layihənin sonunda layihədə iştirak edən gənclərə sertifikatlar verilmişdir.