[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-6.jpg” ]
1 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Müasir İncəsənət Mərkəzində “Əsrlərdən miras qalmış incəsənətimiz!” adlı sərginin açılış mərasimi baş tutub.
Sərgi İstedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək məqsədilə həyata keçirilir.
Sərginin açılış mərasimində qonaqlar Azərbaycanın qədim incəsənət nümunələri, həmçinin müasir incəsənət növləri ilə tanış olublar. Sərgidə filoqrafiya, quilling, xalçaçılıq, şəbəkə, taxta oyma, daş üzərində oyma, dekorativ əl işləri sərgilənib. Qeyd edək ki, Müasir İncəsənət Mərkəzində 2 gün davam edəcək sərgiyə qonaqlar təşrif buyurub Azərbaycanın qədim və müasir incəsənət nümunələri ilə yaxından tanış ola və dekorativ-tətbiqi sənət haqqında məlumat əldə edə bilərlər.
İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Və bu istiqamətdə layihələrin keçirilməsi incəsənitimizin inkişafına dəstək olmasıdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22738″ id=”22738″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]