[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed6.jpg” ]
“Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kompaniyası çərçivəsində, Gəncə gəncləri üçün “Nizaminin Sirri” intellektual oyunu layihəsi keçirilib.
Layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İRƏLİ” İctimai Birliyinin dəstəyi və Mövsüm-zadə Ülvinin təşkilatçılığı altında həyata keçirilib.
“Nizami Sirri” intellektual oyun formatında keçirilib. Yuxarıda adı çəkilən intellektual oyun çərçivəsində ümumilikdə 100 nəfər gəncin iştirak edib. Gənclər 10 komandaya bölündükdən sonra, xüsusi formanı əldə edib oyuna başlayıblar. Oyun bir neçə mərhələdən ibarət olub. Birinci mərhələdə komandalara xüsusi hazırlanmış, Nizaminin həyatından bəhs edən “Hekayə” verilib. Hekayədə xüsusi “gizli sözlər”, “işarələr” gizlənilib, həmçinin hekayənin nəticəsi bir neçə məna daşıyıb. Hər bir komandanın məqsədi, bu gizli sözləri və işarələri tapıb, növbəti “Hekayənin” yerləşdiyi yerə yolu tapsın olub. Sonuncu “Hekayənin” cavabını tapan komanda Nizaminin sirrini həll etmiş olub.
Layihənin əsas məqsədi “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kompaniyasına tövhə verib Gəncə şəhərində yaşayan gənclərə, Gəncə tarixi, Nizaminin həyatı və ümumi dünya görüşünün artırılmasına səbəb olaraq gənclərin fəaliyyətinin artırmaq olub.
Oyun Gəncənin Xan bağında 2 saat müddətində keçirilib. Qalib olan komandanın hər bri üzvünə Bakı Avropa Oyunlarına billet hədiyyə olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22415″ id=”22415″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]