[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-36.jpg” ]
30-31 May tarixində Monolit Plazada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Enactus Azərbaycan Milli Yarış 2015 keçirildi. Yarışda Enactus Azərbaycanın 9 komandası iştrak etdi. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti.
30 May Enactus Azərbaycan Milli Yarış mərhələsinin açılışı mərhələsi baş tutdu. Açılış mərasimi Azərbaycan Respubikasının Dövlət Himni ilə başladı. Daha sonra isə Enactus proqramının mahiyyəti haqqında video çarx izlənildi. Tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin İctimai Siyasi Məslələr Şöbəsinin Gənclər Təşkilatları ilə İş Sektorunun Müdiri cənab Vüsal Quliyev, Enactus Globalın MDB ölkələr üzrə Vitse Prezidenti cənab Yusuf Məcidov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tələbələrə Dəstək Sektorunun Direktoru cənab Süllhəddin Gözəlov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Şəfəq xanım Bayramova, AGBank ASC – in nümayəndəsi İlqar Musabaliyev, “Yeni Həyat” Sosial Humanitar və Sosial Dayaq İctimai Birliyinin Sədri Nailə xanım İsmayılova, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Dekanı Enactus Azərbaycanın “Ən fəal məsləhətçi” nominassiyasına namizəd Dos. Elbrus müəllim İsayev, Enactus Azərbaycan Proqramının məzunu Mehman Bədəlzadə və Enactus Azərbaycanın Ölkə Direktoru Kəmalə Məmmədli çıxış etdilər. Çıxış zamanı Enactus Azərbaycanın fəaliyyətinin təsirindən, gənclərin biznes və sahibkarlıq sahəsində inkişafından, onların insanların həyat səviyyələrinin və keyfiyyətlərinin yaxşılaşdırılmasından, əlavə gəlir qazandırmaqlarından, proqramda gənclərin fəallığından vurğulandı və 10 il yubiley münasibətilə təbrik etdilər.
Sonra isə, püşk atma mərasimində hansı komandanın hansı liqada və neçənci çıxış edəcəyi məlum oldu. Püşk atma mərasimindən sonra Komandalar və Enactus Azərbaycanın qonaqları ilə birlikdə forum keçirildi. Forum üç mövzu əsasında aparıldı. Komandalar seçdiyi mövzu ətrafında müzakirələr aparıb, çıxışlar etdilər. Hər bir komanda nümayəndələrinin çıxışı digər komandalar tərəfindən qiymətləndirildi və qalib gəlmiş Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti komandalarına Enactus Azərbaycan tərəfindən kitablar hədiyyə olundu.
31 May tarixində isə yarışın Yarım Final və Final Mərhələləri baş tutdu. Yarışda müxtəlif nominasiyalar üzrə də mükafatlar oldu. Hər liqadan seçilmiş iki komanda finalda iştrak etmək hüququ qazandı. Birinci liqa üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, ikinci liqa üzrə isə Naxçıvan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti oldular. Enactus Azərbaycan X Milli Yarışı 2015-ın qalibi Azərbaycan Dövlət Aqrar Universiteti oldu. Qalib Azərbaycanı Cənubi Afrika Respublikasının Yoxanesburq şəhərində 14-16 Oktyabrda keçirilən Enactus Dünya Kuboku 2015-də təmsil edəcək.
Azərbaycan Dövlət Aqarar Universitetinin layihələri: Oldtonew, Creativeideas and magic fingers, Qida məhsullarının təhlükəsizliyi. Komanda üzvləri problem kimi bəşəriyyətin israfçılığını seçdi. Geyinilmiş və istifadə olunmayan cins şalvarlardan ayaqqabı tikməyi bacarığını pinəçilərə öyrətdilər. Creativeideas and magic fingers layihəsində yerli bazara yerli əl işlərini çıxarmaq idi. Layihənin ümumi büdcəsi 1152 manat olmuşdu. Qida məhsların təhlükəsziyi layihəsi torpaqdan düzgün istiadəyə yönəldlmişdir. Hədəf aditoriyasına torpağla düzgün istifadə qaydalarını öyrətmişdilər. Layihənin büdcəsi 3150 manat olmuşdur. Yarış ərzində “Ən yaxşı komada ruhu” nominassiyası üzrə Naxçvan Dövlət Universteti, “Ən yaxşı sosial layihə” üzrə Naxçıvan Universitinin “Bələdçi” layihəsi, “Ən yaxşı ekoloji layihə” Azərbaycan Texnogiya Univesietinin “Edial” layihəsi, “Ən yaxşı Biznes layihə” nominassiyası üzrə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dəmir Möcüzəsi” lahiyyəsi olmşdur, həmçinin “Naxçıvan” Universitetinə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə Azerfon MMC və Bakı Tekstil Fabriki tərəflərindən hədiyyələr verildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22407″ id=”22407″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]