[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-22.jpg” ]
May ayının 29-da Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin təşkilatıçılığı, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin və İspaniya Olimpiya Komitəsinin dəstəyi ilə Madrid şəhərində ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı keçirilmişdir. Tədbirdə İspaniya Olimpiya Komitəsinin prezidenti, idman federasiyalarının prezidentləri, səfirlər, olimpiya çempionları, İspaniyanın məşhur Atletiko Madrid futbol klubunun prezidenti, habelə idman jurnalistləri iştirak ediblər.
İclası açıq elan edən Azərbaycan Respublikasının səfiri Altay Əfəndiyev İspaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq barədə tədbir iştirakçılarına məlumat verib. Səfir bundan əlavə 2009-cu ildə Avropa Oyunlarının təsisi haqqında ideyanın məhs İspaniyada yarandığını xatırladıb.
Daha sonra söz Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə verilib və o, Avropa Oyunlarını tədbir iştirakçılarına təqdim edib.
Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan hazırlıq işlərindən söhbət açan Gənclər Fondunun direktoru Oyunlara hazırlıq işlərinin artıq böyük hissəsinin yüksək səviyyədə başa çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fərhad Hacıyev bundan əlavə Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, Oyunlarda iştirak etmək istəyən jurnalistlər üçün akkreditasiya şərtləri, Oyunlarda iştirak edəcək ölkələr, idmançılar və onlar üçün yaradılmış şərait, idman qurğuları, cəlb edilmiş insan resurları, müasir infrastruktur layihələri, Oyunların ölkəmizə, Avropa və Dünya idmanına verdiyi tövhədən və s. barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko Oyunların Azərbaycanda keçiriləcəyinin mühim tarixi hadisə olduğunu vurğulayıb. O, Oyunlarla əlaqədar ölkəmizdə aparılan yüksək səviyyəli işlərin əhəmiyyətini bildirib. Alexandro Blanko qeyd edib ki, ilk Avropa Oyunlarında İspaniya 214 idmançı ilə təmsil olunacaq. İdmançılar arasında olimpiya, dünya və qitə çempionatları iştirak edəcək.
Tədbir zamanı Oyunlarla əlaqədar İspan dilində üç videoçarx nümayiş etdirilib. Çıxışlardan sonra Fərhad Hacıyev Avropa Oyunlarına hazırlıqla bağlı İspaniyanın xəbər portallarına və Tv-lərinə müsahibə vermişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22360″ id=”22360″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]