[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-257.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Region gəncləri üçün Eko-Akademiya”adlı layihə uğurla həyata keçirilmişdir. Layihə Ağdaş, Göyçay və Hacıqabul rayonlarında icra olunmuşdur. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında ekologiya haqqında maarifləndirmə işinin aparılaması,gənclərin ekoloji tədbirlərdə iştirakçılığının artırılması, onların maraqlarının müdafiəsi,bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır. “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Xalid Rəcəbli qeyd etmişdir ki, bu layihə gənclərin həmi yeni biliklər almasına həmdə mövcud olan bacarıqlarını təkmilləşdirılməsinə yardımçı olacaqdır. Son illər ölkəmizdə ekologiyaya dair 25-dən çox qanun qəbul olunub. Azərbaycan ətraf mühit və təbiətdən istifadə ilə bağlı 20-dən çox beynəlxalq konvensiyaya, razılaşmaya qoşulub. Zəngin təbii ehtiyatlara malik Azərbaycan xüsusi qorunan təbii ərazilər şəbəkəsinin yaradılmasına böyük diqqət verir. Qısa müddətdə xüsusi qorunan təbii ərazilərin sahəsi ölkənin ümumi ərazisinin 10%-nə çatdırılıb. Azərbaycan dövlətinin yürütdüyü ekoloji siyasətdə iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Gördüyümüz kimi, Azərbaycan dövlətinin ekologiyanın qorunması ilə bağlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həll edilməsinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə sayğısız münasibət göstərilməsinə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilib. Dövlət başçısının təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır.Lakin ekologiyanın qorunması tək dövlət işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizin ekoloji problemlərinin yarandığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin Ekologiya ili elan olunması, qısa müddət ərzində Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüs irəli sürməsi bizim üçün füsətdir ki, doğma vətənimiz olan Azərbaycanın təbiətinin, havasının, suyunun bizə və gələcək övladlarımıza nə dərəcədə həyati vacib olduğunu bir daha dərindən dərk edək və bu işə hər birimiz qoşulaq. Doğma təbiətimizi həm öz sağlamlığımız, həm də övladlarımızın gələcəyi, sağlam mühitdə yaşamaları naminə qoruyaq. Ümümilikdə 3 rayondan 150 nəfər gənc seçilərək 15 günlük təlimlərə cəlb olunmuşdur. Təlimlər zamanı gənclərə ekologiya mövzusunda çap olunmuş bukletlər paylanılmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22325″ id=”22325″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]