[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-256.jpg” ]
Səbail rayonu, Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində I Avropa Oyunları ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş “Yaradıcı Ol” layihəsi çərçivəsində baş tutan təlimdə məqsəd yaxınlaşan Avropa Oyunları ilə bağlı gənclər arasında təbliğat aparmaqdır. Tədbirdə çıxış edən layihə rəhbəri Zülfiyyə Kazımova bildirib ki, Birinci Avropa Oyunlarına ev sahibliyi edən ölkənin vətəndaşları olaraq Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşür. O qeyd edib ki, hər bir gənc bu beynəlxalq tədbirin əhəmiyyətini yaxşı anlamalı və xalqımızın yüksək mənəvi dəyərlərə sahib olduğunu qonaqlara nümayiş etdirməlidir. “Dialoq Gənclərin Diskussiya Klubu” İctimai Birliyini sədr müavini Asim Kazımlı Birinci Avropa Oyunlarının ölkəmizin beynəlxalq arenada nüfuzunun güclənməsinə verəcəyi töhfələr barədə iştirakçılara məlumat verib. Layihənin təlimçisi Tofiq Əzizov Avropa Oyunları zamanı ölkəmizə gələcək idmançılar və onların mübarizə aparacağı idman növləri, yarışların keçiriləcəyi idman arenaları, yeni inşa edilmiş idman qurğuları barədə danışıb. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirlməsinə dair qərarvermə prosedurunu xatırladan təlimçi qeyd edib ki, həmin qərardan keçən qısa müddət ərzində Azərbaycan sürətlə bu mötəbər idman tədbirinə hazırlaşdı və həyata keçirdiyi işlərlə Avropanı heyran qoydu. O, beynəlxalq turnirlər zamanı idmançıların və turistlərin qarşılaşdığı müxtəlif xoşagəlməz hallar barədə danışaraq bildirib ki, gənclərimiz ictimai davranış qaydalarına əməl etməklə ölkəmiz barədə xoş təəssüratların yaranmasına çalışmalıdırlar. Tədbir diskussiya formasında davam etdirilib.
Təlim zamanı iştirakçılara layihə çərçivəsində çap edilmiş bukletlər paylanıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22318″ id=”22318″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]