[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-158.jpg” ]
2015-ci il May ayının 22-də “Atropat” hotelin terrasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group və Bakı Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin I mərhələsi keçirildi. Finala keçəcək iştirakçıların elan olunması məqsədilə həyata keçirilən tədbir müsabiqədə iştirak edən gənclərin rəsm əsərlərinin nümayişi ilə başladı. Rəsmlər qonaqlarda xüsusi marağa və geniş fikir mübadiləsinə səbəb oldu. Tədbirin qonaqları, xüsusilə Tarix və Arxeologiya departamentinin müdiri Roza Arazova və tarixçi Dövran Abuzərov hər bir rəsmə tamaşa etməklə yanaşı, rəsm əsərinin onlarda yaratdığı ilkin təsüratı və müəllifin ifadə etmək istədiyi fikri müqayisə etməklə yanaşı onların hər birini ayrı-ayrılıqda təbrik edib müvəffəqiyyətlər arzuladılar. Tədbirin rəsmi hissəsini açıq elan edən gecənin aparıcı Fərid bəy ilk öncə sözü layihənin rəhbəri Turanə Zamanovaya verdi. Daha sonra finala keçmiş iştirakçıları elan etmək üçün tədbirə dəvət olunmuş hörmətli qonaqlar səhnəyə dəvət edildi. İlk çıxışları edən Azərbaycanın Xalq Rəssamı Arif Hüseynov, “UASB” Azərbaycan Təmsilçiliyi Rəsm Komitəsinin sədr müavini, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Əkbərov və Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev birinci üç finalçını təqdim etdilər. Növbəti iştirakçıları təqdim etmək üçün ardıcıllıqla Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının dosenti İbrahimxəlil İbrahimov, Xəzər Universitetinin Xalça Muzeyinin müdiri Afaq Kərimova, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının innovativ layihələr üzrə direktor müavini, Təsviri Sənət Qalereyasının rəhbəri Kəmalə Cəfərzadə çıxış edib, öz təsürat və fikirlərini səsləndirdilər. Qısa çay fasilədən sonra ümumi foto çəkiliş oldu. Sonra son finalçıları təqdim etmək üçün sözü Bakı Biznes Mərkəzinin direktoru Seyran Məmmədova, Gazelli Group şirkətinin nümayəndəsi Ülkər Xudiyevaya və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektorunun rəhbəri Fuad Hüseynova verən aparıcı, həmçinin tədbirin qonaqlarınada çıxış üçün söz verdi. Tədbirin sonunda layihənin media işləri üzrə nümayəndəsi müsabiqənin tarixçəsi haqqında məlumat verdi. Yekunda isə layihənin rəhbəri işçi qrupu, üzv və könüllü tələbələri xüsusi olaraq təqdim etdi və bütün iştirakçı gənc rəssamlara öz təşəkkürünü bildirərək, tədbiri bağlı elan etdi.
Azərbaycanın tarixi-memarlıq irsinə gənclər arasında diqqətin artırılması məqsədilə həyata keçirilən bu layihə öz prinsipi ilə doğru yolda olduğunu göstərməkdədir. Məhz keçirilən son tədbirdə iştirakçı və qonaqların böyük maraq və alqışına səbəb olması bunun əsas göstəricilərindən biridir. Layihənin Bakı Biznes Mərkəzində keçiriləcək olan qaliblərin elan olunması və bağlanış mərasimi 6 iyun 2015-ci il tarixində olacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22197″ id=”22197″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]