[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-329.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Hər Şey Vətən üçün” adlı layihəsi çərçivəsində 16-17 may 2015-ci il tarixlərində Sumqayıtda şəhərində növbəti iki günlük təlim keçirilmişdir.
Təlimlərdə gənclər hərbi vətənpərvərlik işinin təşkili və təbliği üsulları aşılanmışdır.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatından keçmiş şəhidlərin ruhunum bir dəqiqəlik sükutla anıldıqdan sonra start verilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları çıxış edərək hərbi çağırışa qədər olan dövrdə gənclərin psixoloji hazırlığı, hərbi vətənpərvərlik işinin təşkili, Silahlı Qüvvələrimiz üçün mütəxəssis hazırlığı, ordu-cəmiyyət münasibətləri barədə məlumat vermiş, iştirakçıların sualları cavablandırılmışdır.
Daha sonar təlimçilər Mətanət Mahmudova, Ülviyyə Rəhimova və Günel Tağızadə müxtəlif mövzularla bağlı təlim keçmiş və çıxşlar etmişlər.
Xatırladaq ki, layihənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətmək və təbliğ etməkdir.
Qeyd edək ki, Hər Şey Vətən üçün” adlı layihəsi çərçivəsində ilk iki təlim 2-3 və 9-10 may tarixlərində Bakı şəhərində keçirilmişdir. növbəti təlimlərin isə 24.05.2015-ci il tarixdə Quba şəhərində və 30.05.2015-ci il tarixində isə Lənkran şəhərlərində keçirilməsi nəzərdə tutulmuşdur.
Təlimlərdə iştirak etmək istəyənlər CV-lərini [email protected], [email protected] ünvanlarına göndərə bilərlər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22068″ id=”22068″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]