[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-328.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sabahın Əsgəri” layihəsi çərçivəsində Suraxanı rayonunda, 79 saylı orta məktəbdə görüş keçirilib. Layihənin rəhbəri Orxan Əliyevin verdiyi məlumata görə, “Sabahın Əsgəri” layihəsinin məqsədi orta məktəb şagirdlərinə Ali Hərbi Məktəb, hərbi təhsil müəssisələri haqqında məlumat vermək, gəncləri hərbi məktəbləri istiqamətləndirməkdir. 79 saylı orta məktəbdə keçirilən görüşdə şagirdlər qarşısında çıxış edən layihə rəhbəri bildirib ki, bugün Azərbaycan Ordusu regionun ən güclü ordusu statusu qazanıb və Silahlı Qüvvələrin gücləndirilməsi, modernləşdirilməsi işi daim ölkə rəhbərliyinin diqqətindədir. O qeyd edib ki, bugün Azərbaycan ordusunun savadlı, vətənpərvər kadrlara təmin olunması məhz orta məktəblərdən başlanır. Orta məktəbi əla qiymətlərlə oxuyan, istedadı və fiziki hazırlığı ilə fərqlənən gənclərin gələcək zabit peşəsini seçməsi vətənimiz qarşısında ən üstün xidmətlərdən biridir. Görüşdə iştirak edən keçmiş zabit, ehtiyatda olan kapitan Vasif Quliyev şagirdlərə hərbi xidmət, hərbi məktəblərə qəbul qaydaları, Azərbaycan Ordusunun müasir durumu, ordumuzun maddi-texniki təminatı, istifadə olunan silahlar və hərbi texnika barədə məlumat verib. V.Quliyev şagirdlərin hərbi xidmətlə bağlı suallarını cavablandırıb. Görüşdə şagirdlərə layihə çərçivəsində çap edilmiş buklet və kitablar paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22061″ id=”22061″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]