[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-138.jpg” ]
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sən də öz bacarığını göstər” layihəsi başa çatdı. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin bilik bacarıqlarının və xüsusi istedadlarının aşkara cıxarılması və bu bacarıqların inkişafına motivasiya verilməsi olmuşdur.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, “Sən də öz bacarığını göstər!” layihəsi 01 fevral – 01 may 2015-ci il tarixlərində Bakl şəhəri Xəzər rayonunda həyata keçirilmişdir.
Layihədə benefisiar kimi rayonda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli xüsusi internat məktəbi, 181 saylı orta məktəbin şağirdləri iştirak etmişlər.
Hər bir uşaq və gənc öz bacarıqları çərçivəsində qruplara bölünərək, rəssamlıq, dizayn, tikmə sənəti, rəqs və şahmat üzrə öz bacarıqlarını artırmışlar. Təlimlərdə ünsiyyət bacarıqları, problemlərin həlli, komadada iş, özünü təqdimetmə bacarıqlarının aşılanması kimi mövzulara toxunulmuşdur.
Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan gənclərin bacarıqlarından ibarət sərgi təşkil olunmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21993″ id=”21993″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]