[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-317.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və IB club-un rəsmi tərəfdaşlığı ilə VI qrant müsabiqəsinin “C kateqoriyası” (fiziki şəxslərin layihələri) üzrə qalib olmuş, Nihad Mahmudlunun rəhbərlik etdiyi “Real Biznes Plan” Çempionatı adlı layihə 9 may 2015-ci il tarixində Ramada Hotel&Suites-də yekun mərhələ olan çempionatla başa çatmışdır.
Çempionat günü ümumilikdə 50 nəfər tələbədən ibarət və qida sektoru, idman, turizm, əyləncə, təhsil, İKT və s. sahələr üzrə öz biznes planlarını tərtib etmiş 10 komanda birincilik uğrunda mübarizə aparmış və yekunda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsi üzrə biznes planlarını təqdim edən “Suerte” komandası qalib olmuşdur. Eyni zamanda, “Yummy Yogurt” komandası 2-ci yerə, “Sky boys” komandası isə 3-cü yerə layiq görülmüşdür. Qaliblər pul mükafatı, diplom, medallar ilə təltif olunmuş, bundan əlavə, “IB club” un 1 illik üzvlük kartı, münsiflər heyətinin üzvü Rəhman Əhmədovun “Lokal marketinq” kitabı hədiyyə olunmuşdur. Çempionatın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Qiymətləndirmələr İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun investisiya layihələrinin ekspertizası və monitorinq şöbəsinin əməkdaşı Ələkbər Salmanov, tanınmış biznes konsultant Fəxri Ağayev, “Sevenhills” şirkətinin marketinq direktoru Rəhman Əhmədov, “İdeal parfumery and cosmetics” şirkətinin marketinq şöbəsinin müdiri Rafiq Hunaltay, “Zirvə idman kompleksi” MMC-in direktor müavini Rəşad Əliyev, “İnkişaf üçün” maliyyə-kredit təşkilatının baş kredit müdiri Yusif Abdullayev, “ALZA wedding and boutique” və “Women Empowerment” platformunun yaradıcısı
Zara Apetrei Hüseynova, “Embawood” şirkətinin strateji idarəetmə qrupunun rəhbəri Cəbrayıl Vəliyev, Azərbaycan Dövlət İqtisad universitetinin marketinq meneceri Ramil Cabbarov, Qafqaz Universitetinin magistr tələbəsi və gənc sahibkar, “Wutto” tekstil şirkətinin icraçı direktoru Kənan Hüseynlinin də daxil olduğu münsiflər heyəti tərəfindən aparılmışdır.
Həmçinin, tədbirdə rəsmi şəxslərdən Millli Məclis Aparatının sektor müdiri Aqşin Məmmədzadə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev, “Sürprizim var” şirkətinin yaradıcısı Aytən Əliyeva, “Infiniti Azerbaijan” ın satış müdiri Təvəkgül Məmmədzadə və müxtəlif şirkət nümayəndələri, elm xadimləri və s. iştirak etmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21958″ id=”21958″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]