[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-133.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyi tərəfindən “Smart Mən” layihəsi həyata keçirildi.
“SmartMən” layihəsi 45 gün müddətində 80 nəfərin iştirakı ilə davam edən tədbirlər toplusundan ibarət bir çalışma oldu. Layihə nəticəsində bu sahəyə marağı olan gənclər bir yerə toplanaraq və biliklərini bir birləri ilə paylaşaraq yeni-yeni nailiyyətlər əldə etdilər. Bu zaman onlara İKT sahəsində özünü sübut etmiş yüksək ixtisaslı mütəxəssislər tərəfindən vireless şəbəkəsi (1G, 2G, 3G, 4G), planlaşdırılan vireless şəbəkələri, mobil şəbəkənin inkişaf xidmətləri, RFID (radio siqnallarının müəyyən edilməsi), Zigbee (yüksək səviyyəli rabitə əməliyatlarının həyata keçirilməsi), M2M (machine to machine), Smart Grid (ağıllı şəbəkə) və Cloud sistem haqqında təlim və seminarlar keçirildi. Bu təlim və seminarlarım nəticəsində iştirakçılar hal-hazırda dünyada trend olan proqramlarla tanış oldular. Layihədə nəzərdə tutulmuş müsabiqə sayəsində təlim və seminarlarda özünü yaxşı cəhətdən göstərən iştirakçılar müəyyən olundu.
Bu işlərin görülməsi üçün ilk öncə layihəyə müraciət edən namizədlər arasından informasiya kommunikasiya texnologiyaları üzrə müəyyən biliklərə malik 80 iştirakçı seçildi, onlara daha İKT və onun qarşısında duran problemlər mövzusunda təlim məşq seminarları keçirildi. Daha sonra təlimlər 8 nəfərlik 10 qrup üzrə davam edildi. Təlimlər nəticəsində ən yaxşı nəticə göstərən 32 iştirakçı növbəti mərhələdə davam etmək üçün haqq qazandı və onlardan hər biri 4 nəfərdən ibarət olan 8 qrup yaradıldı. Müsabiqənin yekununa əsasən bu qrupların hər birindən ən çox xal toplayan iki nəfər iştirakçı növbəti mərhələyə keçdi. Növbəti mərhələyə keçən və birinci yerə layiq görülən şəxslər qruplarda ikinci yerə çıxan şəxslərlə qarşılaşdılar və qalib gələn şəxslər ¼ finala çıxdılar. ¼ finalın qalibləri isə yarım finala vəsiqə qazandılar. Yarım finalda qalib gələn şəxslər finalda bir birlərinə rəqib oldular və onlar arasında baş tutan mübarizənin nəticəsində müsabiqənin birinci və ikinci yerlərinə layiq olan şəxslər müəyyən olundular. Yarım finalda məğlub olan iştirakçılar isə müsabiqənin üçüncü yeri üçün mübarizə apardılar.
Ən sonda birinci, ikinci və üçüncü yerə layiq görülmüş şəxslərə fərqlənmə sertifikatı və qiymətli hədiyyələr verildi. Layihənin digər üzvləri isə iştirakçı sertifikatı ilə təltif edildilər.
Müsabiqənin daha çox insanı əhatə etməsi üçün video və foto çəkilişlər aparıldı. Daha sonra video çəkilişlər internetə yükləndi və bununla da daha çox insanın müsabiqədən faydalanmasına şərait yaratdı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21943″ id=”21943″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]