[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed24.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş VI qrant müsabiqəsində “Qarabağı necə tanıyıram?”adlı layihə 6 May 2015-ci il tarixində öz icrasına Şuşa Humanitar Kollecində başlayıb. Layihə rəhbəri Ülviyyə Yaqubova çıxış edərk qeyd edib ki, layihənin keçrilməsində məqsəd Azərbaycan həqiqətlərini öyrənmək və təbliğ etmək, ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağımızı unutmamaq, indiki və gələcək nəsillərimizə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş milli qəhrəmanlarımızı tanıtmaqdır.
Sonda layihə rəhbəri təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edib. Layihə çərçivəsində Bakı şəhəri, Beyləqan və Füzuli rayonlarında gənclər arasında vətənpərvərliyin təbliği mövzusunda təlimlər nəzərdə tutulub. Layihə öz icrasını Füzuli və Beyləqan rayonlarında davam etdirəcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21883″ id=”21883″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]