[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed22.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Hər Şey Vətən üçün” adlı layihə icra olunmaqdadır.
Layihənin başlıca məqsədi gənclərə vətənərvərlik ruhunu aşılanması, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətmək və təbliğ etməkdir.
Layihə çərçivəsində 02-03 may 2015-ci il tarixlərində iki günlük təlim keçirilmiş, kurs çərçivəsində iştirakçılara vətənpərvərlik, vətənpərvərlik tərbiyəsinin təşkili, Qarabağ münaqişəsi, tarixi, ordu quruculuğu, hərbi çağırışa qədər psixoloji hazırlıq işinin təşkili mövzularını aşılanmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar verilmişdir.
Layihə üzrə Bakı şəhərində növəti təlimlərin 09-10 may 2015-ci il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Təlimlərdə iştirak etmək istəyən şəxslər cv-lərini [email protected], [email protected] ünvanlarına göndərə bilərlər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21870″ id=”21870″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]