[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-222.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi “İnternat məzunlarının cəmiyyətə “İdmanla İnteqrasiya”sı” layihəsi çərçivəsində idman oyunları və inteqrasiya təlimlərinə start verilmisdi. Layihənin əsas məqsədi İnternat məzunu olan gənclərin cəmiyyətə inteqrasiyası üçün mövcud psixoloji problemlərin həllinə çalışmaq, onlara maarifləndirici təlimlər keçirmək, sağlam həyat tərzi və asudə vaxtının düzgün istifadəsi üçün müxtəlif idman yarışlarının təşkilidir.Layihə zamanı 4 müəssisənin məzunlarından ibarət 6 komandalar arasında futbool yarışları təşkil olunub . Bu yarışmada fərqlənən gənclərdən ibarət yığma komanda hazırlanacaq və digər həvəskar komandalarla oyunlar təşkil olunacaq. Yığma komandaya düşməyən iştirakçılar isə Paintball yarışlarına cəlb olunacaqlar.
Növbəti mərhələdə layihə iştirakçıları üçün 3 günlük düşərgə təşkil olunacaq. Düşərgə əsasən maarifləndirici xarakter daşıyacaq, həmçinin gənclər üçün müxtəlif intellektual oyunlar və əyləncəli proqramlar təşkil olunacaq. Gənclərə “İdmanla inteqrasiya” mövzusunda təlimlər keçiriləcək, onlarda özünəinam və liderlik qabiliyyətləri inkişaf etdiriləcək. Həmçinin karyera qurmaları üçün lazım olan bacarıq və qabiliyyətlər iştirakçılara praktik təlimlər vasitəsilə öyrədiləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21865″ id=”21865″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]