[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-310.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçrdiyi “Cəbhəyanı bölgələrdə təhsil alan gənclərin uğur hekayələri” adlı layihə çərçivəsində tədbirlər davam edir. Növbəti tədbirlər Ağdamın Bənövşəlrə qəsəbəsində yerləşən 2 saylı məktəbdə və Tovuz rayonu Hacallı kənd orta məktəbində təşkil olunub.
Təşkilatın sədri Rəşad Cəfərov layihə haqqında məlumat verərək söyləyib ki, Cəbhəyanı bölgələrdə təhsil alan gənclər arasında prestijli ixtisaslara qəbul olanlar, Prezident təqaüdçüləri var. Gənclərin vətənpərvər olmalarında, vətənə xidmət göstərmələrində sözsüz ki, onların təhsillərinin önəmi böyükdür. Bu səbəbdən xüsusilə cəbhəyanı bölgələrdə təhsilin təbliğinə böyük zərurət var. Təcrübələr göstərir ki, uğur hekayələrinin nümunə göstərilməsi həmişə effektiv olub. Bu layihədə də uğur hekayələrinin təbliği üçün cəbhəyanı bölgələrdə təhsil alaraq ali məktəblərə yüksək balla qəbul olan tələbələrin yerli məktəblərdə görüşlərinin təşkil olunması nəzərdə tutulur.
Tədbirdə gənclər öz uğur hekayələrini məktəblilərlə bölüşüb və həmçinin onlara öz məsləhətlərini veriblər. Məktəblilər də öz növbələrində qonaqlara maraqlandıqları mövzularda suallarını ünvanlayblar. Tədbirdə iştirak edən valideynlər və müəllimlər belə görüşlərin vacibliyini vurğulayıblar.
Tədbirdə çıxış edərək uğur hekayəsini bölüşən Tovuz rayonu Yuxarı Öysüzlü kənd məktəbinin məzunu, 690 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olan Klara Axundova bunları söyləyib: Məktəbdə çalışqan şagirdlərdən olmuşam. Vaxtımın çoxu kitablar oxumaq, testlər həll etməklə keçirdi. Çəkdiyim əziyət sonda nəticəsini verdi. Bir abituriyent yolu keçmiş tələbə kimi məsləhətim odur ki, inamlı olmaq işin yarısıdır. Əsas odur ki, səhvlərdən nəticə çıxarıb daha səylə çalışasız.
Sonda şagirdlərə cəbhəyanı bölgələrdə təhsil alaraq yüksək balla ali məktəblərə daxil olan gənclər barədə məlumat bukletləri paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21845″ id=”21845″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]