[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/11179707_731116216999691_501410519_o.jpg” ]
Aprel ayının 28-30-u tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 272 nömrəli tam orta məktəb və 70 nömrəli məktəb-liseydə “İlkin tibbi yardım mövzusunda təlim” layihəsi keçirilmişdir. Tibb sahəsində bir çox təlimləri ilə tanınan təlimçi Aytən Zeynallının spikerliyi ilə reallaşan tədbirdə məktəb şagirdə fövqəladə vəziyyətlərdə ilkin müayinələrin aparılması, təcili tibbi yardım xidmətinin hadisə yerinə çatacağı vaxta qədər hər hansı şəxsə ilkin müdaxilənin hansı qaydada edilməli olduğu haqqında məlumat verilmiş və onlara izahlı təqdimat keçirilmişdir. Şagirdlər də öz növbələrində təlimlə ciddi maraqlanmış və Aytən Zeynallıya mövzuyla əlaqəli dəyişik suallar ünvanlamışdırlar.
Xatırladaq ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi ilk belə layihə deyil. Daha öncə də fond tibbi layihələr keçirmək istəyən gənclərə yardımçı olmuşdur və olacaqdır.
Layihə rəhbəri Aytən Zeynallının qeyd edib ki, layihə gözləniləndən daha çox maraq oyadıb və şagirlərin bu sahəyə olan xüsusi həvəsi onda maraq oyadıb, layihənin gələcəkdə daha geniş miqyasda keçirilməsi üçün artıq hazırlıq işlərinə start verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21736″ id=”21736″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]