[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-3.jpg” ]
“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 28 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Daşkəsən rayonunda “Baki 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzüsünda tədbir keçirmişdir. Tədbir iştirakcılarının kütləviliyi İlk Avropa oyunlarına rayonda böyük maraq göstərilməsinin bariz nümünəsidir. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq Avropa oyunları haqqında geniş məlumat verdi. Bu oyunların ölkəmizdə kecirilməsinin böyük bir hadisə olduğunu, ölkəmizə gətirəcəyi siyasi dividentlərindən, Qarabag hadisələrinin dünya ictimaiyətinə tanıdılmasına verəcəyi töhfələrindən danışdı.Daşkəsən rayon İcra Hakimiyyəti İctimai və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elmar Əliyev çıxış edərək bildirdi ki, 16 may 2015-ci il tarixində Avropa Oyunları məşəli Daşkəsən rayonuna gətiriləcəkdir. O gəncləri bu aksiyada könüllü şəkildə iştirak etməyə dəvət etdi. Tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdüri Hacı Məmmədov və Gənclər və İdman İdarəsinin məsul işcisi Rəşail Babayev iştirak etmişdir. Sonra tədbir iştirakcılarına mövzünü əhatə edən buklet, papaq və köynəklər paylanmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21643″ id=”21643″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]