[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed65.jpg ” ]
“Azərbaycan” İntellektual Oyunlar Klubu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq Zəka” intellektual çempionatının layihəsinin icrasına başlayıb. AzGF-un 6-ci qrant müsabiqəsinin qalibi olan layihə ilkin olaraq Bakı şəhərinin Xətai və Binəqədi rayon məktəbləri arasında keçirilib. May ayında isə Nəsimi, Yasamal və Pirallahı rayonlarında rayon üzrə seçim turlarının keçirilməsi planlaşdırılır.
“Rusiyada bu oyun televiziyadankənar oynanılmır, biz isə onu daha geniş formada yaymaq istəyirik. Bu oyunda başqa intellektual layihələrdə olmayan “Ana dili və natiqlik qabiliyyəti müsabiqələri var. Hansılar ki, gənclərin yetişməsinə çox vacib rol oynayır. Eyni zamanda, tematik oyunlarla gənclərdə Azərbaycanın tarix və mədəniyyəti haqqında daha geniş təsəvvür formalaşdıra bilərik. Ona görə də oyunumuzu məktəblərdə sınamağa başladıq və gördük ki, olduqca maraqlı və gərgin mübarizə yaşanır. Ona görə Parlaq Zəka hərəkatını daha da genişləndirmək niyyətindəyik.” Bu sözləri “Azərbaycan” İntellektual Oyunlar Klubunun prezidenti və layihənin rəhbəri Aydın Piriyev layihənin gedişatı ilə bağlı fikirlərini bölüşərkən qeyd edib.
Qeyd edək ki, layihənin Bakının 5 rayonunu əhatə edəcək məktəblər arasında keçirilməsi planlaşdırılır. Oyun humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21555″ id=”21555″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]