[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-525.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi “Yeniyetmə və Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Binəqədi rayon 283 saylı tam orta məktəbində birgə Azərbaycan xalqının Ümummilli lideri H. Əliyevin doğum gününə həsr olunmuş “H. Əliyev ideyaları XXI əsrdə” və “Dövlətçiliyimizə dəstək və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
Tədbir Azərbaycanın himni ilə başlandı, sonra Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş qısa metrajlı filmə baxılandan sonra H. Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edildi. Layihə rəhbəri M. Əliyev qeyd edərək bildirdi ki, Azərbaycanın böyük şəxsiyyətlər, müdrik insanlar, mahir sənətkarlar, yenilməz əyilməz sərkərdələr beşiyidir. Xalqımızın müdrik oğlu, tarixə öz azərbaycanlı möhürünü vurmuş Heydər Əliyev məhz belə bir fenomenal şəxsiyyətdir. Sabah kı günü düşünürüksə, hadisələri təhlil edib düzgün nəticə çıxarmaq üçün H. Əliyev müdriklüyündən öyrənməliyik.
Məktəbin direktoru Ş.Axundova qeyd edərək bildirdi ki, Ulu öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycancılıq nümunəsidir. Çalışdığımız hər hansı bir işdə nailiyyət əldə etmək istəyiriksə H.Əliyev təşəbbüskarlığından onun vətənpərvərliyindən öyrənməliyik. GVB fəxri üzvü Z. Kazımov Ulu öndərlə bağlı geniş ətraflı onun apardığı dövlət quruculuğunda böyük səy və xidmətlərindən söhbət acdıqdan sonra Ulu öndərin kəlamlarını tədbir iştirakcıların nəzərinə çatdırdı, Hər bir insan üçün milli mənsubiyyəti onun qürür mənbəyidir, Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki “Mən azərbaycanlıyam” Bəli, biz hamımız Ulu Öndər kimi fəxr edirik ki, Azərbaycanın övladlarıyıq. Doğma Vətənin tərəqqisində övladlıq borcumuzu ləyaqətlə yerinə yetirmək üçün öz əzmkarlığımızı göstərməliyik. Çıxış edənlər, Məktəbin Ədəbiyyat müəliməsi O. Əliyeva, ibtidai hərbi müəllim Diğah Əliquliyev, idman müəllimi Yadigar Rzayev və başqaları bu layihənin mahiyyətinin vacibliyindən və Ulu öndərin həyat və yaradıcılığından, gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan yeniyetmə və gənclərdə milli hərbi vətənpərvərlik ruhunda tərbiyəsindən, milli əxlaqı dəyərlərindən və fiziki- psixoloji hazırlıq işlərin aparılmasının vacib olduğunu qeyd ediblər.
Tədbirdə məktəbin XI- çi sinif şagirdi Tahirə Məmmədliyə “Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində apardığı maarifləndirmə işlərinə görə Fəxri Fərman və Heydər Əliyevin şəkili əksi olunmuş döş nişanı ilə təltif edilib.
Tədbirin sonunda, iştirakçılara və qonaqlara təsvirli köynək, rəngli buklet və Azərbaycan xalqının Ümümmilli lider Heydər Əliyevin döş nişanı paylandı.
Tedbirdə GVB İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iştirak ediblər.
Tədbir Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində həyata keçirmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21449″ id=”21449″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]